Missiyamız

Cyber Club-ın missiyası tələbələri kiber təhlükəsizlik, proqramlaşdırma və rəqəmsal texnologiyalar sahəsində peşəkar mütəxəssislərə çevirmək, onlara gələcək karyeralarında uğur qazanmaq üçün lazım olan bilik və bacarıqları aşılamadır.

Biz innovativ düşüncəni, komanda işini və davamlı inkişafı təşviq edirik. Hər bir üzvümüzün texnologiya dünyasında öz yerini tapmasına kömək etmək əsas hədəflərimizdəndir.

Vizyonumuz

Gələcəkdə özümüzü Azərbaycanda kiber təhlükəsizlik və texnologiya sahəsində ən aparıcı tələbə təşkilatlarından biri kimi görürük.

Məqsədimiz yüksək səviyyəli təlimlər, real layihələr və mentorluq proqramları vasitəsilə ölkəmizin rəqəmsal cəmiyyətinin təhlükəsizliyinə töhfə verməkdir.

Tariximiz

Cyber Club 2025-ci ilin sentyabr ayında ADİU Sosial-İqtisad Kollecinin kiber təhlükəsizlik və texnologiya həvəskarı bir qrup tələbənin təşəbbüsü ilə yaradılmışdır.

Sentyabr 2025

Klubun Qurulması

Cyber Club ADİU Sosial-İqtisad Kolleci tərəfindən rəsmi olaraq qeydiyyata alındı. İlk 15 üzv ilə fəaliyyətə başladı.

Oktyabr 2025

İlk Təlimlər

"Kiber Təhlükəsizliyə Giriş" və "Etik Hakerlik Əsasları" mövzularında ilk təlimlər keçirildi. 50-dən çox tələbə iştirak etdi.

Noyabr 2025

İlk CTF Yarışı

Klub daxilində ilk "Capture The Flag" yarışı təşkil edildi. 10 komanda iştirak etdi və qalib komanda mükafatlandırıldı.

Yanvar 2026

36 Üzvə Çatdıq

Klubumuz fəal üzv sayını 36-ya çatdırdı. Müxtəlif fakültələrdən tələbələr kluba qoşuldu.

36
Fəal Üzv
12
Təlim Keçirildi
5
CTF Yarışı
8
Layihə Tamamlandı

Cyber Club

ADIÜ Sosial-İqtisad Kollecinin rəsmi kiber təhlükəsizlik klubu olaraq, tələbələrə texnologiya sahəsində praktiki bilik və bacarıqlar qazandırmaq, onların peşəkar inkişafına dəstək olmaq məqsədi daşıyırıq.

Klub olaraq, müntəzəm olaraq təlimlər, seminarlar, hackathonlar və CTF (Capture The Flag) yarışları təşkil edirik. Həmçinin, sənaye tərəfdaşlarımızla birgə layihələr həyata keçirir, tələbələrin real həyat problemləri ilə qarşılaşmasını təmin edirik.

Cyber Club, yalnız texniki bacarıqların inkişaf etdirilməsi ilə məhdudlaşmır, həm də təcrübə mübadiləsi, şəbəkə qurma və liderlik bacarıqlarının inkişafı üçün mükəmməl bir platformadır.

Əlaqə Məlumatları

Ünvan

ADİU Sosial-İqtisad Kolleci

Telefon

+994 (51) 858 48 65

E-poçt

info@cse-cyber.club